AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Fransadakı səfirini geri çağıra bilər - millət vəkili Azay Quliyev

  • + A
  • - A
  • 27-12-2023, 16:23

    Azərbaycan Fransadakı səfirini geri çağıra bilər -


    Fransa Makronun bu rəzalətini dayandırmalı və Azərbaycan xalqından üzr istəməlidir. Makron hakimiyyəti dövründə Azərbaycan xalqına qarşı bu qədər haqzıslıq, ədalətsizlik, utancverici qərarlar və addımlara yol verilib.

    Azadmedia.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Azay Quliyev Fransa casus şəbəkəsinin ifşası və Fransa səfirliyinin iki diplomatının ölkədən çıxarılması haqda danışarkən deyib.

    “Fransa bununla da birdəfəlik körpüləri yandırmış oldu. Fransanın etdikləri cavabsız qalmayıb və qalmayacaq. Azərbaycan Fransaya bununla bağlı sərt xəbərdarlıq edib, parlamentlərarası əlaqələr dayandırılıb. Fransa ilə əksər məsələlər dondurulmuş vəziyyətdədir. Hadisələr bu istiqamətdə davam edərsə, daha sərt, hətta səfirlərin məsləhətləşmək üçün geri çağırılması dərəcəsində addımların atılması istisna olunmur”, - Azay Quliyev bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR