Türkiyə İsveçin NATO-ya üzvlüyü ilə bağlı irəliləyişə ümid edir.
Azadmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç TRT Haber telekanalının efirində bildirib.
"İsveç Madrid protokolu üzrə öhdəliklərini yerinə yetirmək üçün ciddi addımlar atıb. Xüsusilə, bu, hərbi məhsulların tədarükünə aiddir. Ümid edirəm ki, İsveçin yaxın gələcəkdə NATO-ya üzvlüyü ilə bağlı əhəmiyyətli irəliləyişlər olacaq", - Kılıç bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.