Prezident İlham Əliyev Qusar rayonunun Qusar-Xudat (18 km)-Langi-Caqarqışlaq-Urvaoba-Atlıxan-Kuzunqışlaq-Zindanmuruqqışlaq-Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qusar-Xudat (18 km) - Langi - Caqarqışlaq - Urvaoba - Atlıxan - Kuzunqışlaq-Zindanmuruqqışlaq - Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon (bir milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.