AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moskvanın Artikada ciddi qoşun qrupu var - ABŞ-ın Artika regionuna iddiaları

  • + A
  • - A
  • 29-12-2023, 11:28

    Moskvanın Artikada ciddi qoşun qrupu var -


    Moskvanın Artikada ciddi qoşun qrupu vardır ki, Vaşinqton bununla hesablaşmalı olacaq.
    Belə ki, bu barədə “Military Watch Magazine” nəşrinin ABŞ-ın Artika regionuna iddiaları ilə bağlı məqaləsində yazılıb.

    Bildirilib ki, Birləşmiş Ştatlar 10 ildir regionda mövcudluğunu genişləndirir. Xüsusən, ABŞ-ın Alyaskaya 100 ədəd F-22 və F-35 qırıcısı yerləşdirməsi bunu təsdiqləyir:

    “Rusiyanın ABŞ-ın ərazi iddialarına cavab verməyə vasitələri də var. Xüsusən, Yeni Torpaq və Tiksi limanında S-400 sistemləri, həmçinin Arktika şəraitinə uyğunlaşdırılmış “Tor” və “Pantsir” yaxınmənzilli zenit-raket komplekslərinin yüksək ixtisaslaşdırılmış versiyaları yerləşdirilib.

    Birləşmiş Ştatlar tərəfindən iddia edilən kontinental şelfin sahəsi təxminən bir milyon kvadrat kilometr təşkil edir və yeddi bölgədə paylanır. Bu, ABŞ Dövlət Departamentinin nəşrində öz əksini tapıb”, - deyə bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR