AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə sadiqdir - Pentaqon

  • + A
  • - A
  • 30-12-2023, 11:29

    Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə sadiqdir -


    ABŞ Dövlət katibi Entoni Blinken 155 mm-lik mərmilərin İsrailə 147,5 milyon dollara mümkün satışını təsdiqləyib.
    Azadmedia.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyi məlumat verib.
    Belə ki, sənəddə vurğulanıb ki, söhbət 155 mm kalibrli M107 yüksək partlayıcı parçalanma mərmilərinin və müvafiq avadanlıqların tədarükündən gedir.

    Həmçinin “Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə sadiqdir və İsrailin özünümüdafiə imkanlarının inkişafı və saxlanmasına yardım ABŞ-ın əsas milli maraqlarına cavab verir”, - deyə Pentaqon qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR