AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəisi Kirmanda “antiiran cinayətkarları”nın “terror cinayəti”ni pisləyib - İran

  • + A
  • - A
  • 3-01-2024, 22:26

    Rəisi Kirmanda “antiiran cinayətkarları”nın “terror cinayəti”ni pisləyib -


    Kirman şəhərində SEPAH generalı Qasım Süleymaninin ölümünün ildönümü ilə əlaqədar matəm yürüşləri zamanı baş verən terror aktının təşkilatçıları və icraçıları İranın təhlükəsizlik qüvvələri və hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək, öz cinayətlərinə uyğun cəzalandırılacaqlar. Azadmedia.az xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi deyib.

    Belə ki, o, Kirmanda “antiiran cinayətkarları”nın “terror cinayəti”ni pisləyib və yerli hakimiyyət orqanlarını zərərçəkənlərə kömək etmək üçün lazımi tədbirlər görməyə çağırıb.

    Qeyd edək ki, bu gün İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı ard-arda iki partlayış baş verib. Partlayışlar nəticəsində ölənlərin sayı 103, yaralananların sayı isə 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR