Partlayışların qeyri-intihar aktı mahiyyətini nəzərə alsaq, deyə bilərik ki, bu İsrailin işidir. Azadmedia.az xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Müctəba Zülnuri deyib.
Belə ki, "İsraili beynəlxalq əməliyyat dəyərinə malik olacaq qisasla cəzalandıracağıq", - deyə sədr müavini təhdid edib.
Qeyd edək ki, 3 yanvarda Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı Kirmanda keçirilən mərasimdə ard-arda iki partlayış baş verib. Nəticədə, son məlumata görə, 95 nəfər ölüb, 211 nəfər yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.