ABŞ Dövlət katibi Entoni Blinken Qətərin paytaxtı Dohaya səfər edib. Azadmedia.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Belə ki, "Qətər HƏMAS-ın girovlarını azad etmək üçün göstərilən səylərdə mühüm tərəfdaşdır. Blinken ABŞ və Qətər arasında möhkəm münasibətlərin nəticəsi olan kritik koordinasiya səylərini davam etdirmək üçün bu gün Dohadadır", - deyə Miller qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.