Kipr Prezidenti Nikos Xristodulidis Nazirlər Kabinetinin tərkibində dəyişiklik edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Kipr hökumətinin rəsmisi Konstantinos Letimpiodis məlumat yayıb.
Belə ki, Vasilis Palmas ölkənin yeni müdafiə naziri təyin edilib. Palmas bu postda Mixalis Yorqallası əvəz edib.
Həmçinin, Marios Xarçiotis yeni ədliyyə və ictimai asayiş naziri, Mariya Panayotu kənd təsərrüfatı, regional inkişaf və ətraf mühitin mühafizəsi naziri, Mixalis Damianos səhiyyə naziri təyin edilib.
Qeyd edək ki, yeni təyinatlar yanvarın 10-da qüvvəyə minəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.