Finlandiya hökuməti Rusiya ilə sərhədi bağlı saxlamaqda davam etmək niyyətindədir, lakin bunun üçün hüquqi əsaslar lazımdır.
Azadmedia.az xəbər verir ki, bu barədə Xarici KİV məlumat yayıb.
Məlumata görə, Finlandiya hökuməti Rusiya ilə sərhəddəki keçid məntəqələrinin blokadasını hələ də aradan qaldırmaq niyyətində deyil. Qeyd olunur ki, Finlandiya hakimiyyəti bu həftə karantin rejiminin yanvarın 14-nə qədər uzadılması ilə bağlı qərar qəbul etməlidir. Məhdudiyyətlərin uzadılması ehtimalı həm də ona görə yüksəkdir ki, hökumət yanvarda ölkənin şərq sərhədinin mühafizəsi məsələsi ilə bağlı geniş müzakirədə iştirak etməyib, çünki əksər nazirlər məzuniyyətdədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.