Venesuela Prezidenti Nikolas Maduro Qayana Kooperativ Respublikası ilə mübahisəli olan ərazilərdə ölkəsinin tarixi hüquqlarını təsdiqləyib.
Azadmedia.az xəbər verir ki, bu barədə Maduro çıxşında bildirib.
Belə ki, Maduro bildirib ki, mübahisəli Qayana-Essekibo bölgəsinin ölkənin 24-cü ştatı olaraq təsdiq edilməsini nəzərdə tutan qanun layihəsinə parlamentdə baxılması üçün sənəd imzalayıb:
“Öz qanunvericilik planına Qayana-Essekibo Qanununu nəhayət təsdiqləmək qərarını daxil etdiyi üçün Venesuela Milli Assambleyasını alqışlayıram və mən çox məmnunam”.
Həmçinin Maduro Qayana hökumətini tənqid edib və bildirib ki, özlərini qrinqoların idarəçiliyi altındakı Britaniya müstəmləkəsi kimi aparırlar:
“Venesuela haqqında, Amerikanın böyük xilaskarlarını verən insanlar haqqında yanılmayın. Bolivar xalqı Amerikada tarix yazan mübariz xalqdır. Biz özümüzə aid olanı necə qoruyacağımızı bilirik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.