İsrail Fələstin Administrasiyasına bir şekel belə köçürmək niyyətində deyil.
Azadmedia.az xəbər verir ki, bunu İsrailin maliyyə naziri Betsalel Smotriç ABŞ Dövlət katibi Entoni Blinkenə ünvanladığı müraciətində deyib.
Belə ki, “ABŞ Dövlət katibi Entoni Blinken İsrailə xoş gəlib. Biz ABŞ-ın İsrailə dəstəyini çox yüksək qiymətləndiririk, lakin ölkəmizdə mövcudluğumuza gəldikdə, biz həmişə İsrailin maraqlarına uyğun hərəkət edəcəyik. Biz HƏMAS-ı məhv etmək üçün var gücümüzlə mübarizəyə davam edəcəyik. Qəzzanın qapılarını qaçqınların könüllü köçmələri üçün açmağa çalışacağıq”, - deyə Smiotriç bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.