Prezident İlham Əliyev milli televiziya kanallarına müsahibəsində deyib ki, Azərbaycanın əsas hissəsindən onun Naxçıvan Muxtar Respublikasına insanlar və yüklər heç bir yoxlamadan keçməməlidir.
Dövlət başçısı qeyd edib ki, əks halda Ermənistan həmişəlik çıxılmaz vəziyyətdə qalacaq. “Əgər qeyd etdiyim marşrut (Zəngəzur dəhlizi - red.) açılmasa, o zaman biz Ermənistanla başqa heç bir yerdə sərhədi açmaq fikrində deyilik. Yəni bu yolla onlar bundan xeyirdən çox zərər görəcəklər”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.