AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanın Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti ilə bağlı bəyanatları dağıdıcıdır - Zaxarova

  • + A
  • - A
  • 12-01-2024, 15:21

    Ermənistanın Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti ilə bağlı bəyanatları dağıdıcıdır -


    Ermənistanın Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti ilə bağlı bəyanatları dağıdıcıdır.

    Azadmedia.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

    Belə ki, “Bu bəyanatları görürük. Onları dağıdıcı, ən əsası isə həqiqətə uyğun olmayan hesab edirik. Onların davam etməsi qəribədir. Bu cür bəyanatlar özünü məsuliyyətdən azad etmək üçün faktlarla manipulyasiya etmək cəhdləridir”, - deyə o bildirib.

    Həmçinin Zaxarova Qarabağda “etnik təmizləmə” ilə bağlı erməni mifinə də reaksiya verib:

    “İrəvanda nüfuzlu sayılan hansısa beynəlxalq təşkilatdan buna dair heç olmasa bir sənədi varsa, mən faktı görmək istərdim. Əgər bu cür “etnik təmizləmə”nin baş verdiyini göstərən hər hansı sənəd və ya bəyanat varsa, bu sənədin linklərini bizə təqdim edin”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR