Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 1-də Avropa İttifaqından 50 milyard avro məbləğində Ukrayna Fondunun yaradılması ilə bağlı müsbət nəticə gözlədiyini bildirib. Azadmedia.az xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Rişi Sunak ilə Volodimir Zelenskinin Kiyevdə keçirdiyi birgə mətbuat konfransında Ukrayna Prezidenti bildirib.
Belə ki, "50 milyard avro məbləğində uzunmüddətli dəstək ilə bağlı məhz fevralın 1-də müsbət qərarın verilməsi üçün çalışırıq. Əsl nəticəni fevralın 1-də sizinlə birlikdə görəcəyik. Bunun üzərində hər gün iş gedir.
Vaşinqtondan dayanan yardıma gəlincə, mən buna dekabrda etdiyim açıqlamadan daha müsbət nəticələrlə baxıram. Düşünürəm ki, biz bununla bağlı da müsbət nəticəyə nail olacağıq"- deyə Zelenski vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.