AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT Ukraynaya humanitar yardım üçün donorlardan xeyli vəsait istəyib - Bəyanat

  • + A
  • - A
  • 15-01-2024, 13:38

    BMT Ukraynaya humanitar yardım üçün donorlardan xeyli vəsait istəyib -



    BMT donorlardan 2024-cü il üçün Ukraynada zərər görən şəxslərə, ukraynalı qaçqınlara və onları qəbul edən icmalara 4,2 milyard ABŞ dolları humanitar yardım göstərməyi istəyib.
    Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Humanitar Məsələlərin Koordinasiyası İdarəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının bəyanatında deyilir.

    Belə ki, ümumilikdə, söhbət təxminən 10,8 milyon insana yardım göstərməkdən gedir.

    Həmçinin Ukrayna daxilində humanitar yardımın göstərilməsi üzrə işlər Humanitar Məsələlərin Koordinasiyası İdarəsi tərəfindən əlaqələndirilir və bu il 8,5 milyon insanı əhatə edəcək müvafiq planın həyata keçirilməsi üçün 3,1 milyard dollar tələb olunacaq. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı isə 2,3 milyon ukraynalı qaçqına dəstək verilməsini əlaqələndirir. 2024-cü ildə bu məqsədlər üçün 1,1 milyard dollar vəsaitin ayrılması planlaşdırılır.

    Qeyd edək ki, BMT-nin məlumatına görə, Ukraynada 14,6 milyon insanın humanitar yardıma ehtiyacı var. Təxminən 6,3 milyon insan ölkəni tərk edib. Ukraynalı qaçqınların əksəriyyəti Avropadadır, lakin onların yalnız 40-60 faizi işlə təmin olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR