Dünya və Avrupa Çempionu Güloğlan Cabbarlı
Bakı, 15 Yanvar — Azadmedia.az
“Ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibə əslində Azərbaycan tarixinin son 30 ilini əhatə edən dövrə bir baxış idi. Aydın məsələdir ki, bu gün ölkəmiz artıq öz tarixinin tamamilə yeni bir mərhələsinə uğurlu keçid edib və bu baxımdan arxada qalan dövrün obyektiv təhlili və qiymətləndirilməsi həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. Öz müsahibəsində möhtərəm dövlət başçımız bir daha vurğuladı ki, biz Azərbaycanın bugünkü reallıqlarını məhz 1993-cü illə müqayisə etməliyik. Həqiqətən də Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra inkişaf yoluna ilk dəfə 1993-cü ildə, Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə qayıdışından sonra qədəm qoydu. Məhz bundan sonra ölkədə sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və Azərbaycan beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və ölkəmizdə vətəndaş cəmiyyəti yaradıldı, xalq-iqtidar birliyi önəmli bir amilə çevrildi.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirilməsi istiqamətində səylərini artırmaqla bərabər, regionda dayanıqlı sülhə, təhlükəsizliyə nail olmaq, Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün qarşı tərəfə sülh təklifini etdi. Ermənistan yenə də havadarlarının dəstəyinə arxalanaraq sözügedən Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmək barədə düşünmədi, hərbi təxribatları ilə diqqətdə oldu. Vəziyyətin getdikcə gərginləşməsi dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Sentyabrın 19-da başlanan bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Son 20 ilin uğurlarından bəhs edərkən tarixi Zəfərimiz, onun ardınca ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi çoxəsrlik tariximizin ən yaddaqalan hadisələri kimi qeyd edilir. Dövlət başçısı İlham Əliyev həmin dövrü belə xarakterizə etdi: “Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq.”
. Qısa müddətdə bu qədər tarixi olan bir problemin həllinə, belə demək mümkündürsə, "yaranın müalicəsinə" yalnız ciddi dövlətlər nail ola bilərdi. Biz hazırda dünyanın bir neçə nöqtəsində qanlı müharibə ilə müşayiət edilən qarşıdurmanı, münaqişəni izləyirik və bütün dünya görür ki, belə mürəkkəb məsələləri Azərbaycan qədər qısa müddətə, dəqiqliklə həll edə bilən ikinci dövlət yoxdur. Bu reallıq bizim dünyadakı ciddi dövlət imicimizi, reputasiyamızı daha da möhkəmləndirir".
44 günlük Vətən müharibəsi, həm sonrakı 3 ildə Azərbaycanın ərazi bütövlüyünü təmin etmək uğrunda həyata keçirilən tədbirlər, xarici siyasət, həm də 24 saatdan az çəkmiş antiterror əməliyyatı dünya hərb və diplomatiya tarixinə yazılmalı olan gerçəklikdir.
Dövlət başçısı İlham Əliyev bu müjdəni də çatdırdı ki, bu il keçmiş köçkünlər Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaqlar. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək. Laçın rayonunun Sus kəndi hazır olacaq. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start verilib. Hədəf 140 min keçmiş köçkünün yaxın üç il ərzində öz yurd-yuvasına qayıdışıdır. Göründüyü kimi, bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. Bütün bu işlər ölkəmizin daxili imkanları hesabına görülür. Düşünülmüş və gələcəyə hesablanmış siyasətimiz nəticəsində ölkəmizin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi hər bir hədəfə zamanında nail olmağa əsas verir.”
Ölkə başçısının “Hər halda bu iki tədbirin keçirilməsi doğrudan da böyük hadisədir və əminəm ki, hər iki tədbir uğurla keçiriləcək və gələn qonaqlar Azərbaycan reallıqları ilə tanış olacaqlar” sözləri müasir Azərbaycan Respublikasının qədəm qoyduğu yeni dövrdə müəyyən etdiyi yeni hədəflərə doğru kökləndiyini ortaya qoyur.
Beləliklə, beynəlxalq müstəvidə əldə etdiyimiz bütün uğurlar, qazandığımız nailiyyətlər Prezident İlham Əliyevin dünyada sülhün və davamlı inkişafın təmin olunması istiqamətində apardığı siyasətinə olan etimadın bariz göstəricisidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.