Qırmızı dənizdə gərginlik yüksək səviyyədədir və vəziyyətin tezliklə nəzarətdən çıxma ehtimalı var.
Azadmedia.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş deyib.
Belə ki, onun sözlərinə görə, Qırmızı dənizdə vəziyyəti tezliklə cilovlamaq mümkün olmayacaq.
Bundan əlavə, dünya təşkilatının rəhbəri İsrail və Livan sərhədində gündəlik atışmalarla bağlı ciddi narahatlıq ifadə edib:
“Bu, İsrail və Livan arasında daha geniş eskalasiyaya səbəb ola bilər ki, bu da regional sabitliyə əhəmiyyətli təsir edər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.