AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Erməni deputatdan Bakıya inanılmaz jest: Bu xəritələrlə...

  • + A
  • - A
  • 16-01-2024, 13:54

    Erməni deputatdan Bakıya inanılmaz jest: Bu xəritələrlə...

    Azərbaycan hüquqi qüvvəyə malik başqa bir xəritə təklif etsin.

    Bunu Ermənistan parlamentinin “Mülki Müqavilə” fraksiyasından olan deputatı Gevorq Papoyan deyib.

    “Eradan əvvəl II əsrin xəritəsi, 1828-ci il Türkmənçay müqaviləsindən sonrakı xəritə gətirilə bilərlər, amma bunlar ciddi deyil. Biz elə xəritə təqdim etməliyik ki, orada Ermənistan və Azərbaycan müstəqil dövlətlər olub, yaxud SSRİ daxilində müəyyən sərhədlər var idi”, - Papoyan bildirib.

    Xatırladaq ki, 1920-ci ilin 11 yanvarında Birinci Dünya müharibəsinin yekunları ilə bağlı keçirilən Versal konfransının Ali Şurasında Azərbaycan Xalq Cümhuriyyəti ABŞ, Böyük Britaniya, Fransa da daxil olmaqla, 20-yə yaxın dünya dövlətləri tərəfindən tanınıb. Elə həmin gün Versal konfransının bu qərarı Ermənistana da şamil edildi. Əgər Gevorq Papoyan məhz müstəqil dövlətlərin mövcud olduğu xəritənin ortaya qoyulmasını istəyirsə, o zaman 1920-ci il 11 yanvarında, müstəqilliyin tanınması zamanı olan xəritələrlə sərhəd müəyyənləşə bilər.(Axar.az )

    Sözügedən xəritəni təqdim edirik:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR