AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropada artıq təhlükə yoxdur - Söder

  • + A
  • - A
  • 16-01-2024, 16:31

    Avropada artıq təhlükə yoxdur -


    Almaniyada Xristian Sosial Birlik (CSU) Partiyasının sədri və Bavariya əyalətinin Baş naziri Markus Söder məcburi hərbi xidmətin yenidən tətbiq edilməsinin məntiqli olacağını bildirib.
    Azadmedia.az xəbər verir ki, “Söder Bild am Sonntag” qəzetinə verdiyi açıqlamada 2011-ci ildə Almaniyada məcburi hərbi xidmətin ləğvi qərarının bugünkü perspektivdən baxdıqda yanlış olduğunu bildirib.

    Belə ki, “Dərhal düzəltmək asan deyil. Ozamankı arqument bu idi ki, Avropada artıq təhlükə yoxdur. İndi vəziyyət başqadır. Təhdidlərin artdığı bir şəraitdə məcburi hərbi xidmətin yenidən tətbiq edilməsi məntiqlidir”, - deyə o qeyd edib.
    Həmçinin CSU lideri xəbərdarlıq edib ki, Rusiya Ukraynadakı müharibədə qalib gəlsə və ABŞ Avropadan çıxsa, Almaniya üçün işlər ciddiləşəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR