İraq Kürdüstanına zərbə ölkəyə hücum demək deyil.
Azadmedia.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsveçrədə keçirilən Davos İqtisadi Forumunda çıxışı zamanı deyib.
Belə ki, o bildirib ki, İran ordusunun İraq Kürdüstanı ərazisində həyata keçirdiyi zərbə İsrail kəşfiyyatına yönəlib və İraqa hücum deyil: “Biz İraq Kürdüstanındakı "Mossad" bazasını vurduq. Bu, İraqı vurmağımız demək deyil”.
Həmçinin nazirin sözlərinə görə, İran İraqın ərazi bütövlüyü və suverenliyinə hörmət edir: “İran və İraq arasında təhlükəsizlik sazişi var, ona görə İraq Kürdüstanı hökuməti sərhəd təhlükəsizliyini təmin etməyə borcludur. Bizim isə özümüzü müdafiə hüququmuz var”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.