İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə telefon danışığı aparıb.
Azadmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Abdullahian bildirib ki, İranın təhlükəsizliyi Pakistandan olan bu iranlı terror qruplaşması tərəfindən dəfələrlə təhdid edilib:
"Bu qrup dəfələrlə İranda törədilən terror aktlarının məsuliyyətini öz üzərinə götürüb. Bu əməliyyatda heç bir Pakistan vətəndaşı hücuma məruz qalmayıb”.
Qeyd edək ki, Pakistanın xarici işlər naziri isə deyib ki, İran Pakistandakı terror qrupları barədə məlumat verməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.