NATO Baş Qərargah rəisləri Belçikanın paytaxtı Brüsseldəki qərargahda təşkil edilən yığıncaqda bir araya gəliblər.
Azadmedia.az TRT-yə istinadən xəbər verir ki, iki gün davam edəcək toplantıda Türkiyeni Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Metin Gürak təmsil edir.
Belə ki, bugünkü iclaslarda qərargah rəisləri NATO-nun müdafiə qabiliyyətinin artırılması və müdafiə ilə bağlı planlarını müzakirə edirlər.
24 fevral 2022-ci il tarixindən bu yana davam edən Rusiya-Ukrayna müharibəsində sahədəki son vəziyyət və NATO-nun Ukraynaya dəstəyi də qiymətləndirilir.
Müdafiə nazirlərinin fevralda keçiriləcək iclasından əvvəl bu il keçiriləcək hərbi təlimlər də qərargah rəislərinin gündəmindədir.
Qeyd edək ki, iclasın sabahkı sessiyasında NATO-nun Baş katibi Yens Stoltenberq qərargah rəisləri ilə görüşəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.