Azərbaycan və Ermənistan Gürcüstan üçün təkcə tərəfdaş deyil, həm də qardaş ölkələrdir.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirələrində deyib.
"Gürcüstanın qonşu ölkələrlə, Ermənistan və Azərbaycanla çox sıx əlaqələri və tərəfdaşlıq münasibətləri var, onlar bizim qardaş və dostlarımızdır", - Qaribaşvili bildirib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan liderlərinin mövqeyi ikitərəfli səviyyədə münasibətlərin olmasıdır:
“Biz başa düşürük ki, bu bölgədə çoxlu oyunçu var. Əlavə etməliyəm ki, Azərbaycan və Ermənistan liderlərinin mövqeyini bilirəm, onlar bir-biri ilə ikitərəfli müstəvidə münasibətlər qurmaq istəyirlər. Şəxsən mən hesab edirəm ki, bu, düzgün yoldur, çünki bu qədər vasitəçinin, bu qədər maraqlı tərəfin iştirakı ilə proses bəzən daha konfliktli və əks-məhsuldar xarakter alır. Ona görə də onlara uğurlar arzulayıram.
Həqiqətən ümid edirəm ki, onlar tezliklə həll yolunu tapacaqlar və sülh sazişi imzalayacaqlar”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.