ABŞ-ın Ukraynaya əlavə yardım göstərməsi məsələsi Konqresdəki azlıqdan asılıdır.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.
Belə ki, “Düşünürəm ki, Konqres üzvlərinin böyük əksəriyyəti Ukraynaya yardımı dəstəkləyir. Məsələ buna kiçik bir azlığın mane olub-olmayacağıdır. Yardım ayrılmaması fəlakətli olardı”, - deyə Bayden bildirib.
Qeyd edək ki o, respublikaçıların əksəriyyətinin də Kiyevə yardımı dəstəklədiyini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.