İsrail Prezidenti İsxaq Hersoq bildirib ki, Səudiyyə Ərəbistanı ilə normallaşma Təl-Əviv administrasiyası üçün Qəzzadakı "müharibədən" çıxmaq və yeni üfüq açmaq üçün açardır.
Azadmedia.az Xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Davos şəhərində keçirilən 54-cü Dünya İqtisadi Forumunda (WEF) çıxış edən Hersoq İsrailin Qəzzaya hücumları və region ölkələri ilə normallaşmaya toxunub.
"Aydındır ki, Səudiyyə Ərəbistanı variantı, bütün normallaşma prosesinin bir hissəsi kimi, müharibədən yeni üfüqə doğru çıxmağın açarıdır", deyə Hersoq qeyd edib.
Ər-Riyad administrasiyası ilə normallaşmanın "hələ həssas və kövrək" olduğunu ifadə edən Herzoq mümkün normallaşmanın oyunu dəyişdirəcəyini iddia edib.
İsrailin Orta Şərqdə Avropa və Amerika Birləşmiş Ştatlarına (ABŞ) qarşı yönələ biləcək təhdidlərin qarşısını aldığını müdafiə edən Hersoq "Biz bütün bəşəriyyət, azad dünya üçün müharibə aparırıq" deyib.
Herzoq İsrail ordusunun Qəzzaya hücumları və Livanın cənubundakı Hizbullahla qarşıdurmalara toxunaraq "İsrail olmasaydı, növbə Avropaya, sonra ABŞ-a gələrdi..." deyib.
Prezident Hersoq bildirib ki, hazırda 136 israilli əsir "Həmas"ın əlindədir və bu əsirlərdən 4-ü 2014-cü ildən Qəzzada saxlanılır.
Hersoq beynəlxalq ictimaiyyəti "israilli əsirlərin azad edilməsi üçün səy göstərməyə" çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.