AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı şəhər Mədəniyyət evində prezident seçkiləri ilə əlaqədar YAP qadın seçicilər ilə görüş keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 20-01-2024, 20:59

    Masallı şəhər Mədəniyyət evində prezident seçkiləri ilə əlaqədar YAP qadın seçicilər ilə görüş keçirilib -


    Masallı, 20 Yanvar — Azadmedia.az

    2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində, yanvarın 19-da Masallı şəhər Mədəniyyət evində qadın seçicilər, eləcə də rayonun Kubin, Nəzəroba kəndlərinin seçiciləri ilə görüş keçirilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, YAP İdarə Heyətinin üzvləri deputatlar Məşhur Məmmədov, Anar İsgəndərov, rayon təşkilatının sədr müavini İlkin Əzizov, təşviqat qrupunun üzvləri şəhid anaları Mehriban Sultanova və Elmira Nağıyeva çıxış ediblər.

    Belə ki, çıxışçılar Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin tarixi günlər yaşadığını vurğulayaraq, Azərbaycanın 2020-ci ildən indiyədək çox möhtəşəm uğurlara imza atdığını, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu qeyd ediblər.

    Qeyd edək ki, seçicilər də prezident seçkilərinin dövlətimiz, xalqımız üçün uğur gətirəcəyindən əminliklərini ifadə edərək, cənab İlham Əliyevi dəstəkləyəcəklərini diqqətə çatdırıblar.

    Masallı seçicilərinin yeganə seçimi cənab İlham Əliyevdir.














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR