“İsraillilər və fələstinlilər üçün iki dövlətli həll variantı, Fələstin xalqı üçün dövlət hüququnun rədd edilməsi qəbuledilməzdir”.
Azadmedia.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş "X" səhifəsində yazıb.
Belə ki, Quterreşin sözlərinə görə, Fələstin xalqının öz dövlətini qurmaq hüququ hamı tərəfindən tanınmalıdır.
Həmçinin Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps oxşar mövqedən çıxış edib. O, Böyük Britaniyanın İsrail və Fələstin dövlətlərinin birgəyaşayış həllini dəstəklədiyini və Netanyahunun sözlərindən məyus olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.