Aİ ölkələrinin xarici işlər nazirləri bu gün Brüsseldə keçiriləcək görüşdə digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında münasibətlərin nizama salınmasını müzakirə edəcəklər. KİV xəbər verir ki, bu barədə yüksək səviyyəli Avropa mənbəsi məlumat yayıb.
Öz növbəsində “İnterfaks” görüşə hazırlıqla bağlı materiallara istinadən qeyd edir ki, Avropa diplomatiyasının rəhbəri Xosep Borrel Ermənistan-Azərbaycan nizamlanması mövzusunda təqdimatla çıxış edəcək.
Bundan əlavə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Yaxın Şərqdəki münaqişəni, Aİ-nin Qırmızı dənizdəki missiyasını və 13-cü anti-Rusiya sanksiyalar paketini müzakirə edəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.