Ukrayna Polşadan kreditlə silah alacaq.
Azadmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Polşa Baş naziri Donald Tuskla Kiyevdə görüşü zamanı deyib.
Belə ki, onun sözlərinə görə, Polşa krediti iki ölkə arasında əməkdaşlığın yeni formasına çevriləcək:
“Biz Polşanın Ukraynaya sarsılmaz dəstəyini və yeni hərbi yardım paketini, eləcə də Ukraynanın ehtiyacları üçün genişmiqyaslı silahların alınmasına yönəlmiş əməkdaşlığın yeni formasını - Polşanın Ukraynaya kreditini yüksək qiymətləndiririk”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.