Bakı, 22 Yanvar — Azadmedia.az
Böyük Heydər Əliyev təkrarolunmaz müdrikliyi və uzaqgörənliyi ilə xələfi İlham Əliyevi belə təqdim etmişdir:
“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bəli, İlham Əliyev sələfinin nəinki etimadını doğrultdu və bu etibarı unikal fakta çevirə bildi.
Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açdı və üçüncü respublika analoqu olmayan yüksəlişə qədəm qoydu. Yeni milli inkişafa doğru konkret addım atıldı və Zəfər yolu çəkildi.
Bu xüsus, ermənilərin məkrli ideologiyasını, saxta siyasətini və cəfəng təbliğatını yerlə-yeksan etdi.
Qələbə manifestini imzaladı.
Ümumilikdə, 45 günə, yəni 44-günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatı nəticəsində yeni reallıq yaratdı və tarixi ədaləti bərqərar etdi.
Azərbaycan Respublikası Konstitusiyasının başlıca meyarlarından olan - “Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq” kimi əsas məsələnin problemli hissəsini köklü şəkildə həll etdi.
Konstitusiyada təsbit edilən
“Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” müddəasının işlək mexanizmini yaradaraq, sözdə deyilənləri əmələ çevirdi.
İlham Əliyev Azərbaycan tarixinin yeni təkamül mərhələsində öz formulunu yaratdı.
Onun bəsirətli yanaşması və qətiyyətli mövqeyi ilə ali dövləti nailiyyət qazanılıdı.
“Lazım gəlsə Qarabağı müharibə yoluyla azad edəcəyik!"
“Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.”
“Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.
Bu amillərlə əldə edilən qələbənin ideoloji aspektlərini müəyyən etdi.
Gələcəyə böyük ümidlərlə
Heydər Əliyevdən sonra hakimiyyətə gələn Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan tarixində dövlət idarəetməsini təkmilləşdirmə, optimallaşdırma və ən əsası, ərazi bütövlüyünün bərpa olunması ilə səciyyələnir.
Təcrübə göstərir ki, ölkənin böyük maliyyə vəsaitləri, zəngin təbii sərvətləri ola bilər.
Əgər ölkə həmin təbii sərvətləri milli sərvətə çevirmirsə, yeni innovasiyaların, texnologiyaların tətbiqini həyata keçirmirsə, insanlar əməyə biganə qalarlarsa, ölkə digər dövlətlərdən geri qalır və çox vaxt da rəqabətə davam gətirə bilmir.
Buna dair çoxlu nümunələr gətirmək olar.
Məhz İlham Əliyevin strategiyası nəticəsində Azərbaycan müasirləşən bir ölkəyə çevrilə bildi. Azərbaycandan körpü kimi istifadə etmək istəyən bəzi ölkələrin özləri Azərbaycan üçün dəhlizə çevrildilər. Azərbaycan rəqabətqabiliyyətli partnyor kimi imicini təsdiq etdi və layiqli status qazandı.
İlham Əliyev Azərbaycan xalqının tarixində Qalib və Qurucu Prezident adını qazandı.
Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad etməsi ilə ölkə tərəqqi etdi, tikinti-quruculuq işləri vüsət aldı. Bütün bunları öz daxili imkanları hesabına gerçəkləşdirə biləcəyini bəyan etdi.
Bu illər ərzində Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrildi, dünyanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanı başlıca ölkəyə çevirdi.
Bakı-Tbilisi- Qars dəmir yolu xəttinin tikintisinin uğurla başa çatması ilə Azərbaycan dünyanın nəqliyyat qovşağı olan bir ölkəyə çevrildi.
İlham Əliyev də tariximizdə bir sıra ilklərə imza atdı.
BMT Baş Məclisində çıxış edən ilk Baş nazirimiz, milli ruhumuzun paytaxtı Təbrizə səfər edən ilk dövlət rəhbərimiz oldu.
Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi.
İlham Əliyev Təhlükəsizlik Şurasının iclasına sədrlik edərək və ən vacib beynəlmiləl məsələlər ilə bağlı nitq söyləyərək dünya kamoyuna rəhbərlik etdi.
“Eurovision” mahnı yarışması, Birinci Avropa Oyunları, “Formula-1” Qran-Prisi ən mükəmməl şəkildə ölkəmizdə keçirildi.
Tariximiz, maddi və mənəvi mədəniyyətimiz heç bir zaman həmin yarışmalar keçirildiyi vaxtdakı kimi təbliğ edilməmişdi.
Azərbaycan, ərazisində xarici hərbi baza və ya obyekt saxlamayan bir ölkəyə çevrildi. Azərbaycan kosmosa ilk peykini göndərərək Kosmos klubunun üzvü oldu. Tariximizdə ilk dəfə olaraq İlham Əliyev “dövlət canlı orqanizmdir, daim genişlənməlidir” geosiyasi nəzəriyyəsini xarici ölkələrə sərmayələr qoymaqla, geniş əməkdaşlıq yolu ilə gerçəkləşdirdi.
Biz artıq bəşəriyyətin üzləşdiyi qlobal problemlərin həllində arbitrlik edirik.
Dünya evimiz üçün olduqca əhəmiyyətli tədbir olan COP29 Ev sahibliyinə hazırlaşırıq.
Bu gün artıq Azərbaycan modeli və brendi mövcuddur, bu öyrənilir və tədqirolunur.
Bir daha qeyd etmək istəyirik ki, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında ordumuz və xalqımız Vətən müharibəsində 30 il ərzində Ermənistanın işğalı altında qalmış torpaqları azad etməklə, ölkənin ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yeni qalib ruhlu nəslin yetişməsinə vəsilə oldu.
Bir etnosun psixologiyası dəyişdi. Məğlub ruh qalib ruhla əvəz olundu.
Bu da onu deməyə əsas verir ki, zəfərlərimiz hələ qarşıdadır.
İlham Əliyevin “Biz, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik” prinsipi aksiomaya çevrildi.
Əlqərəz, ötən illərin təcrübəsi göstərir ki, Heydər Əliyevin əsasını qoyduğu siyasi xətdən kənara çıxmaq Azərbaycana böyük fəlakətlər gətirər. Bu, eləcə də qonşu dövlətlər üçün arzuolunmaz proseslərin başlanması olar. Həmin siyasətin davam etdirilməsi həm Azərbaycan xalqının, həm qonşu dövlətlərin, həm də bütün demokratik ölkələrin maraqlarına uyğundur.
Əslində dövlət siyasi təsisat kimi, öz suverinliyi çərçivəsində dövlətdir.
Bu suverenliyi bərqərar edən lider xalqın şəksiz və şübhəsiz SƏSİDİR.
Lakin düşünmürəm ki, İlham Əliyev fenomeni bu çərçivədə missiyasını başa çatdırıb.
Ona görə ki, indi ölkə artıq tamdır, sağlam bədəndir. Bütün əzaları yerində olan Azərbaycan mütərəqqi tərəqqisi ilə intibah dövrünü yaşayacaq.
Biz, de-fakto suveren Azərbaycanda keçirilən ilk Prezident seçkilərindən sonra ən müasir dövrə qədəm qoyacağıq.
Yeni inkişafı və nailiyyətləri şərtləndirən əhəmiyyətli və əlamətdar hadisələrin, faktların şahidi olacağıq.
Dövlət idarəçiliyində optimallaşdırma həyata keçirilməklə düşüncə dəyişikliyi və özünütəsdiq
Sağlam nəslin yetişməsi və milli genefondun qorunması məsələsi həllini tapacaq.
Kentavr yanaşmasını kənara qoyub, kibernetik orqanizm formalaşdıracağıq.
Biz, innovativ hökumət, inklüziv cəmiyyət quracağıq. SMART layihələr tətbiq edərək Yeni Azərbaycan modelini dünyaya ixrac edəcəyik.
Azərbaycan Qaradağ düyününü açmaqla regiona sülh, dünyaya nümunə bəxş edir. Lokal çərçivədə deyil, qlobal səviyyədə sülh, təhlükəsizlik və inkişaf aktoru kimi çıxış edir.
Bir sözlə, İlham Əliyev Azərbaycanın dövlət suverenliyinin təminatçısı və qarantıdır.
Unutmayaq, bizim hazırkı arzu və istəyimiz, məqsəd və məramımız Qarabağa - Şuşaya, Xankəndiyə deyil, Qərbi Azərbaycana varid olmaqdır.
Laçın dəhlizi ilə yox, Zəngəzur dəhlizi ilə gediş-gəlişi həyata keçirməkdir.
Mübaliğəsiz, bizi bu dayanacağa, amala, hədəfə yalnız və yalnız İlham Heydər oğlu Əliyev çatdıra bilər.
Seçim indi bizdədir…
Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru