Böyük Britaniya hökuməti HƏMAS və "İslami Cihad" qruplaşması ilə əlaqəsi olan beş şəxsə qarşı sanksiya tətbiq edib. Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Belə ki, HƏMAS döyüşçüləri Həsən əl-Vardian, İsmayıl Barhoum, Əhməd Oda və Zuhair Şamla, həmçinin "İslami Cihad"ın üzvü Cəmil Alyan "qara siyahı"ya salınıb. Məhdudlaşdırıcı tədbirlərə Böyük Britaniyaya giriş qadağası, aktivlərin dondurulması və silah embarqosu daxildir.
Həmçinin, HƏMAS-a maliyyə xidmətləri göstərən “Al Mutahadun for Exchange”ə qarşı sanksiyalar tətbiq edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.