Almaniyanın və Fransanın Serbiyadakı səfirləri Anke Konradla Pier Koşar yerli hakimiyyət orqanlarının Avropa İttifaqının üzvlüyünü milli prioritet etməyə və Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıblar.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, "2024-cü ilin yanvarında Serbiyanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasının 10 illiyi tamam olur. Biz başa düşürük ki, vaxt çərçivəsi sizə uzun görünə bilər, bu, mürəkkəb prosesdir və biz hakimiyyət orqanlarına, hamıya səslənirik. Siyasi qüvvələr və Serbiyanın hər bir vətəndaşı milli prioritet kimi Aİ-yə daxil olmaq məqsədini özləri üçün müəyyən etsinlər”, - səfirlər bildiriblər.
Həmçinin Serbiya Prezidenti Aleksandar Vuçiç dəfələrlə vurğulayıb ki, ölkə müstəqil siyasət quracaq, başqalarının narazılığına baxmayaraq, Rusiya və Çinlə ənənəvi dostluq münasibətlərini davam etdirəcək. Onun sözlərinə görə, Belqrad Rusiyaya qarşı sanksiyalar tətbiq etmək, Moskva və Pekinə qarşı davamlı bəyanatlar vermək niyyətində deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.