Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İraqa səfər edib.
Azadmedia.az xəbər verir ki, Kalın səfər çərçivəsində İraq Prezidenti Əbdüllatif Rəşid və bu ölkənin Baş naziri Məhəmməd Şiyə Es-Sudani ilə görüşüb.
Belə ki, görüşdə terrorla mübarizə, PKK-nın yaratdığı təhlükə və bu terror qruplaşması ilə mübarizədə atıla biləcək ortaq addımlarla yanaşı, təhlükəsizlik və iqtisadiyyat sahələrində, eləcə də İŞİD-lə mübarizədə əməkdaşlığın davam etdirilməsi, inkişaf yolu layihəsi kimi mövzular müzakirə edilib.
Həmçinin danışıqlar zamanı, həmçinin İsrail-Fələstin qarşıdurması və bu münaqişənin İraqa, eləcə də bölgənin digər ölkələrinə təsiri məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, MİT başçısının dini qrupların nümayəndələr və türkmənlərin təmsilçiləri ilə də görüşləri olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.