AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Azərbaycanla münasibətlərin nizamlanmasına yönəlmiş danışıqlarda konstruktiv şəkildə iştirak edib - Mirzoyan

  • + A
  • - A
  • 23-01-2024, 17:18

    Ermənistan Azərbaycanla münasibətlərin nizamlanmasına yönəlmiş danışıqlarda konstruktiv şəkildə iştirak edib -


    2023-cü ildə Ermənistan Azərbaycanla münasibətlərin nizamlanmasına yönəlmiş danışıqlarda konstruktiv şəkildə iştirak edib.

    Belə ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

    Onun sözlərinə görə, bu, ümumilikdə sülh prosesinə, o cümlədən sülh müqaviləsinin imzalanmasına, delimitasiya prosesinin başlanmasına, regionda nəqliyyat və iqtisadi blokadaların açılmasına aiddir:

    “Ermənistan və Azərbaycan birmənalı olaraq bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bundan əlavə, sərhədlərin delimitasiyası möhkəm hüquqi əsası olan SSRİ-nin rəsmi xəritələri əsasında aparılmalıdır. Biz daim 1974-1978-ci illərin xəritələrindən bu prinsipləri əks etdirən ən son xəritələr kimi danışmışıq. Bundan əvvəl Bakı 1974-1990-cı illəri əhatə edən xəritələrdən istifadə etməyi təklif edib. Bunun məqbul ola biləcəyini dedik. Amma Azərbaycan prezidentinin son bəyanatlarına əsaslanaraq deyə bilərik ki, bu məsələdə Bakının mövqeyində geriləmə var. Almatı bəyannaməsinə görə, postsovet ölkələrinin hamısı sovet respublikalarının bütün inzibati sərhədlərinin artıq müstəqil respublikaların sərhədləri kimi tanındığını qəbul edib. Bu prinsip Ermənistan və Azərbaycan tərəfindən 2022-ci ildə Praqada, eləcə də növbəti görüşlər zamanı təsdiqlənib. Üçüncü mühüm prinsip ondan ibarətdir ki, nəqliyyat və iqtisadi kommunikasiyalar ölkələrin suverenliyi, yurisdiksiyası, eləcə də qarşılıqlılıq əsasında blokadadan çıxarılmalıdır. Azərbaycanla bu məsələ ətrafında çoxlu müzakirələr apardıq və əslində müəyyən qarşılıqlı anlaşma əldə etdik. Amma son mətbuat konfransını (Azərbaycan Prezidentinin – red.) nəzərə alsaq, geriləmənin olduğunu da qeyd etmək olar. Yüksək səviyyəli görüşlər zamanı İrəvan və Bakı sülh müqaviləsinin mətninin bəzi məqamları üzrə qarşılıqlı razılığa gələ bilib. Ancaq bir sıra əsas məsələlər var ki, onlara yanaşmalar fərqlidir”.axar.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR