AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarlı hava ilə əlaqədar Bakı-Şamaxı-Yevlax avtomobil yolunda fasiləsiz işlər davam edir

  • + A
  • - A
  • 24-01-2024, 12:48

    Qarlı hava ilə əlaqədar Bakı-Şamaxı-Yevlax avtomobil yolunda fasiləsiz işlər davam edir


    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda gecə və gündüz saatlarında hərəkətin fasizləsizliyi və təhlükəsizliyini təmin etmək istiqamətində işlər davam etdirilib. Magistral yolun qardan təmizlənməsi, buz bağlamış hissələrinə qum-duz qarışığının səpilməsi işləri aparılıb. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.
    AAYDA-nın balansında olan 4 saylı Magistral avtomobil yollarının istismarı MMC-nin rəhbərliyi və əməkdaşları qarlı hava şəraitində bölgələrdəki yollarda lazımi tədbirləri görməyə davam edir.
    4 saylı Magistral avtomobil yollarının istismarı MMC tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-25-ci km-lik və 89-143-cü hissəsində yolun qardan və buzdan təmizlənməsi, yollara duz səpilməsi tədbirləri davam etdirilir.
    AAYDA-nın balansında olan 4 saylı Magistral avtomobil yollarının istismarı MMC-nin əməkdaşları və rəhbəri Mübariz müəllim səhər tezdən qar yağan ərazilərdə yolların təmizlənməsi ilə məşğuldur.
    Mübariz müəllimin Azadmedia.az-a verdiyi məlumata görə hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur. Bunu o yoldan keçən hər kəs görə bilər.
    Mübariz müəllimin hadisə yerində yolların təmizlənməsi və duz səpilməsinə şəxsən nəzarət etməsi onun işinə məsuliyyətindən xəbər verir.
    Sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur.
    Bütün sürücülərə açıq, qəzasız yol arzulayırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR