Nəzarət Şurası İranın keçmiş prezidenti Həsən Ruhaninin ölkənin Ekspertlər Məclisinə seçilmək üçün namizədliyini təsdiq etməyib. Azadmedia.az xəbər verir ki, bu barədə Həsən Ruhaninin rəsmi media qurumu məlumat yayıb.
Belə ki, xəbəri Nəzarət Şurasının sözçüsü Hadi Təhan Nəzif təsdiqləməyib.
Qeyd edək ki, 86 üzvü olan Ekspertlər Məclisi İran rəhbərinin seçilməsi və onun fəaliyyətlərinə nəzarət edən qurumdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.