Rusiya Xarici Kəşfiyyat Xidməti ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi arasında dialoq dünyada vəziyyətin çox riskli həddə çatdığı şəraitdə təhlükəli hadisələrin qarşısını ala bilər. Azadmedia.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
Belə ki, “Rusiya Xarici Kəşfiyyat Xidməti ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, yəni dünyanın iki ən nüfuzlu kəşfiyyatı, iki ən güclü nüvə dövlətinin kəşfiyyat xidmətləri arasında dialoq həmişə faydalıdır. Dünya beynəlxalq münasibətlərdə sözün əsl mənasında tektonik vəziyyətdə ikən, birqütblü Amerika mərkəzli dünyadan daha ədalətli və təhlükəsiz çoxmərkəzli dünya nizamına keçidə çatdığından belə dialoq və təmaslar sadəcə zəruridir”, - deyə o qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.