Avropa Şurası Parlament Asssambleyasının Azərbaycana qarşı qərarı qeyri-obyektiv və qeyri-konstruktivdir.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu X-də yazıb.
Belə ki, “Çox təəssüf edirəm ki, AŞPA Azərbaycan nümayəndə heyətinin üzvlərinin etimadnaməsini təsdiq etməyib. Bu, həqiqətən də, AŞPA-nın reputasiyasına ağır zərbədir. Ümid edirəm ki, Avropa Şurasının təsis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”, - deyə Çavuşoğlu yazıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.