Belarusda nəsil dəyişikliyi baş verir və 80-ci illərin ikinci yarısının səhvlərini təkrarlamaq olmaz.
Azadmedia.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Belə ki, “İstəsək də, istəməsək də, nəsil dəyişikliyi gedir. Bu da hər zaman təhlükəli dövr olub. Bunu ehtiyatlı və incə keçmək lazımdır. Qorbaçov dövrünü təkrarlaya bilmərik. O zaman cizgi filmlərinə baxıb, sevinirdik ki, xoşbəxtlik gələcək. Ölkəni parçalayıb, çuxura atdılar. Bunun təkrarlanmasına imkan verə bilmərik”, - deyə Lukaşenko bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.