AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tbilisi ümid edir ki, Bakı və İrəvan tezliklə sülh müqaviləsi imzalayacaq

  • + A
  • - A
  • 27-01-2024, 00:00

    Tbilisi ümid edir ki, Bakı və İrəvan tezliklə sülh müqaviləsi imzalayacaq


    Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhün bağlanmasına kömək etməyə hazırdır. Gürcüstan hakimiyyətinin fikrincə, regionda sabit vəziyyət hamıya sərf edir.
    Gürcüstan regionda sülhə və sabitliyin qorunmasına sadiqdir, ona görə də respublikanın hakimiyyət orqanları ümid edirlər ki, Ermənistan və Azərbaycan yaxın vaxtlarda sülh haqqında sənəd bağlayacaqlar. Bu sözləri respublika hökumətinin başçısı İrakli Qaribaşvili ER baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.

    Qaribaşvili qeyd edib ki, Tbilisi Bakı və İrəvana münasibətləri yaxşılaşdırmağa kömək etməyə hazırdır.

    “Biz hər zaman uzunmüddətli sülhün bərqərar olmasına töhfə verməyə hazırıq və bunun region ölkələri üçün faydalı olduğuna inanırıq. Biz Bakı ilə İrəvan arasında dialoqu böyük nikbinliklə izləyirik. Ümid edirik ki, tərəflər tezliklə sülh sazişini rəsmiləşdirəcəklər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR