AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu dost ölkələr səsverməyə niyə qatılmayıb?

  • + A
  • - A
  • 27-01-2024, 10:40

    Bu dost ölkələr səsverməyə niyə qatılmayıb?

    AŞPA-da Azərbaycan əleyhinə səs verməklə səsvermədə iştirakdan imtina arasında çoxmu fərq var? Çünki səsvermədə iştirakdan imtina əleyhdarlarımızın mövqeyini gücləndirib.

    Bu sözləri politoloq Elxan Şahinoğlu AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı səsvermənin nəticələri haqda qeyd edib.

    O bildirib ki, Azərbaycanı dost və tərəfdaş adlandıran bir qisim ölkənin nümayəndə heyəti bu səsvermədə iştirakdan imtina edib:

    “Görünür, bununla həmin nümayəndə heyətləri nə AŞPA-da Azərbaycan əleyhinə məsələ qaldıran mərkəzlər, nə də Azərbaycan nümayəndə heyəti ilə üz-göz olmaq istəyiblər. Misal üçün, tərəfdaşımız olan Gürcüstanın nümayəndə heyəti Azərbaycanla bağlı səsvermədə iştirak etməyib, nə “hə”, nə “yox” deyib. Bu taktikadan müxtəlif məsələlərlə bağlı AŞPA-da demək olar ki, hamı istifadə edir”.

    Qeyd edək ki, 24 yanvarda AŞPA-da Azərbaycana qarşı qəbul edilmiş qərarın müzakirəsində cəmi 90 deputat iştirak edib - 76 nəfər qərarın lehinə, 10 nəfər əleyhinə səs verib, 4 nəfər də bitərəf qalıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR