Rusiya Ukrayna və digər marşrutlar üzrə Avropaya qaz nəqlini müzakirə etməyə hazırdır, lakin hələ ki, qarşı tərəfdən belə bir istək görmür.
Azadmedia.az Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
Belə ki, “Qarşı tərəfdən istək olarsa, biz müzakirə etməyə hazırıq. Hələlik biz belə bir istək görmürük”, - deyə Novak bildirib.
Qeyd edək ki, Rusiya qazının Ukraynadan tranzitlə Avropaya çatdırılması barədə saziş bu ilin sonunda bitir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.