AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəisi Cənubi Xorasan əyalətindən namizədliyini irəli sürüb - KİV

  • + A
  • - A
  • 30-01-2024, 13:40

    Rəisi Cənubi Xorasan əyalətindən namizədliyini irəli sürüb -


    İranda martın 1-də keçiriləcək Ekspertlər Şurasına seçkilərdə ölkə Prezidenti İbrahim Rəisi Cənubi Xorasan əyalətindən namizədliyini irəli sürüb.
    Azadmedia.az xəbər verir ki, o, həmin dairədən yeganə namizəd olduğu üçün seçilməsi əvvəlcədən təmin edilib.

    Belə ki, “Ekspertlər Şurasına seçkilərdə İbrahim Rəisinin Cənubi Xorasan əyalətində özünə rəqib olması Həsən Ruhaninin namizədliyinin təsdiq ediməməsindən də böyük biabırçılıqdır. Gəlin, İbrahim Rəisinin özü ilə yarışda ikinci olmaması üçün dua edək”, - deyə tanınmış jurnalist Məhəmməd Mühaciri yazıb.

    Qeyd edək ki, həmin əyalətdən daha 4 nəfər namizədliyini irəli sürsə də, Nəzarət Şurası onların namizədliyini təsdiq etməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR