Ankaranın Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı məsələ həll olunarsa, Vaşinqton Türkiyəni Amerikanın beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazırdır.
Azadmedia.az xəbər verir ki, bu barədə CNN Türk-ə müsahibəsində ABŞ dövlət katibinin birinci müavini Viktoriya Nuland deyib.
Belə ki, "Açığı, əgər biz S-400 məsələsini həll edə bilsək və bunu etmək də istəyirik o zaman ABŞ Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnun olar. Amma əvvəlcə bu məsələni həll etməliyik və onu həll edərkən Türkiyənin güclü hava hücumundan müdafiəsinə malik olmasını da təmin etməliyik. Biz uzun illərdir ki, həm S-400 alınmasından əvvəl, həm də o vaxtdan bəri hava hücumundan müdafiəni gücləndirməyi müzakirə etməyi təklif edirik. Bildiyiniz kimi, bu, mürəkkəb məsələdir. Bu günlərdə hər kəsin hava hücumundan müdafiəyə ehtiyacı var. Bu problemin öhdəsindən gələ bilsək, biz F-35 danışıqlarına qayıda bilərik", - deyə Viktoriya Nuland bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.