Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Belə ki, Böyük Britaniya hökumətinin İran İslam Respublikasına qarşı ittihamlarının davam etməsindən sonra bu ölkənin Tehrandakı səfiri Saymon Şerklif bu gün XİN-ə çağırılıb.
Həmçinin İran Xarici İşlər Nazirliyinin Qərbi Avropan idarəsinin rəisi Britaniya hakimiyyətinin ittihamlarını, sanksiyalarını əsassız adlandırıb və qəti şəkildə pisləyib, İranın sərt etirazını səfirə çatdırıb.
Qeyd edək ki, Britaniya səfiri məsələni ölkəsinə çatdıracağını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.