AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Parlamentində qısqanclıq - Özəl

  • + A
  • - A
  • 30-01-2024, 19:42

    Avropa Parlamentində qısqanclıq -


    Avropa Parlamentində qısqanclıq

    Azərbaycan torpaqlarının 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindiyi və sərvətlərinin talan edildiyi dövrdə Avropa Parlamenti niyə susurdu və bu gündə susur?! Bu gün Avropa Parlamentinin Azərbaycana öyüd-nəsihət verməyə mənəvi haqqı yoxdur. Müasir səlibçilərə çevrilən Avropa Parlamentinin bir sıra deputatları, irqçi, islamofob, Azərbaycanofob, türkofob mövqeləri və ikili standartları ilə tanınır. Avropa Parlamentinin yanaşmasında ərazi bütövlüyü anlayışı ancaq Ermənistan kontekstində keçərlidir. Azərbaycana gəldikdə ərazi bütövlüyü yada düşmür. Bu isə həmin qurumun məsələlərə ikili standartlardan yanaşmasının ən bariz təzahürüdür.
    Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə AŞ-ya üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa çağıran bir neçə qətnamə qəbul olunsa da, bu qətnamələrin icrası üçün heç bir addım atılmayıb.Uzun illər boyu AŞPA-da gözümüzə kül üfürərək bir-iki mənasız və nəticəsi olmayan qətnamələr imzalayıblar. Artıq Qarabağ problemi həll olunub. Azərbaycanın hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına və onun çıxara biləcəyi mənasız qərarlara ehtiyacı yoxdur.AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və səsvermə hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edəcəyi təqdirdə, Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırması məqsədəuyğundur.
    Avropa Parlamentinin müntəzəm olaraq həyata keçirdiyi anti-Azərbaycan fəaliyyəti ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək, Azərbaycanı gözdən salmaq və Ermənistanın xeyrinə güzəştlər əldə etmək cəhdidir. Prezidentimizin apardığı uğurlu xarici siyasət kursu, həmçinin Azərbaycanın bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməyi bəzi qurumlarda olduğu kimi, Avropa Parlamentində də qısqanclıq yaradır.
    ASPA-nın verəcəyi qərarlardan və iddealardan aslı olmayaraq bu gün Azərbaycan inamla irəli addımlayır. Bu inamı bizə bəxş edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək ədalət səsimizi dünyaya bundan sonrada çatdıracağıq.Yaşasın Azərbaycan!

    Dilgüşə Məmmədova – Masallı Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR