Yanvarın 31-də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın iclası keçiriləcək. Azadmedia.az xəbər verir li, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Konkret görüş yeri göstərilməyib.
Məlumatda deyilir ki, 2023-cü il noyabrın 30-da Azərbaycan və Ermənistan arasında şərti sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların beşinci iclası keçirilib
Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosessual aspektləri nəzərdən keçiriblər.
Bundan əlavə, onlar Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların iclaslarının və birgə işçi iclaslarının təşkili və keçirilməsi üçün əsasnamənin mətnini əvvəlcədən razılaşdırıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.