NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir.
Azadmedia.az xəbər verir ki, bunu NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.
Belə ki, “Danışıqların ikitərəfli formatını da dəstəkləyirik. Sonunda iki ölkə necə irəliləyəcəyinə qərar verməlidir, buna görə də biz sülhə aparan hər şeyi dəstəkləyəcəyik. Hesab edirik ki, prosesin əsasını təşkil edən prinsiplər - suverenliyə və ərazi bütövlüyünə hörmət əsasdır”, - deyə o bildirib.
Həmçinin Kolomina qeyd edib ki, BMT Nizamnaməsinin prinsipləri və əsas elementləri pozulmazsa, NATO tərəflər arasında mövqe tutmur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.