Ermənistan fevralın 1-dən rəsmən Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olub.
Azadmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Belə ki, “2023-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi elan etdi ki, Ermənistan 2024-cü il fevralın 1-dən etibarən Roma Statutuna qoşulan 124-cü, Şərqi Avropa qrupundan isə 19-cu dövlət olacaq”, - deyə məlumatda bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.